10 Dekabr 2018 12:43
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Omsk vilayətində 18-20 yaşlı gənclər dostlarının evində doğum gününü qeyd etmək üçün toplaşıblar. Gənclərə mane olmamaq üçün valideynlər evdən çıxır. Adları açıqlanmayan gənclərin şənliyində qanlı hadisə də elə bundan sonra baş verir.

Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, doğum günü olan gənc valideynləri evdən gedəndən sonra atasının seyfdə saxladığı silahını dostlarına göstərmək qərarına gəlir.

O, açarı taparaq seyfi açır, “TOZ-102” tüfəngini və pnevmatik “STEEL” silahını dostlarına göstərir. Viskini kola ilə qarışdırıb dayanmadan içən və sərxoş olan gənclər silahla selfi çəkdirmək istəyirlər. Onlardan biri elə zənn edir ki, tüfəngin təhlükəsizlik mexanizmi bağlıdır. Lüləni uşaqların üstünə tutur və tətiyi basır. Heç kimin ağlına belə gəlməzdi ki, atəş açılsın…

Artıq gec idi, atəş açılmışdı, 18 yaşlı dostlardan biri qan içində çabalayırdı.

Gənclər nə qədər içkili olsalar da, dərhal zəng edib təcili yardım çağırırlar. Komaya düşən yaralı oğlanı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmur.

Dostunun ölümünə səbəb olan gəncə iki il həbs cəzası verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər