26 Avqust 2014 15:43
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl Ankara 5-ci Ağır Cəza Məhkəməsinə şahid olaraq dəvət edilib.

Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, Dəmirəl 103 şübhəlinin mühakimə olunduğu 28 fevral çevrilişi ilə o dövrün prezidenti olaraq ifadə verəcək.

“Türkiyə Cümhuriyyətində çevriliş etməkdə" ittiham olunanlar barəsində keçiriləcək məhkəmədə iştirak etmək üçün Dəmirələ vəkili vasitəsi ilə dəvətnamə göndərilib. Məhkəmə göndərdiyi dəvətnamədə təqaüdçü general İsmayıl Haqqı Qaradayı və yoldaşlarına qarşı iş açıldığı da yazılıb.

Qeyd edək ki, 28 fevral 1997-ci ildə Türkiyədə baş verən hadisələr ölkə tarixinə “postmodernist çevriliş” kimi keçib.


Müəllif:

Oxşar xəbərlər