Fesybuk sosial şəbəkəsində Baş nazirin müavini Hacıbala Abutalıbovla bağlı maraqlı görüntülər yayılıb.
Kult.az xəbər verir ki, sözügedən videoda H.Abutalıbov uşaqlara həyatda öz yerlərini tapmaq üçün məsləhətlər verir, necə davranmalı olduqları haqda fikirlərini bildirir.
Sonda isə o, ətrafdakıların xahişi ilə şeir də səsləndirir.
Görüntünün Ümummilli lider Heydər Əliyevin anım günündə lentə alındığı vurğulanıb.