Bakı Metropoliteni” QSC metroda gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət etməyib, etmək fikri də yoxdur.
Bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, metroda sərnişindaşıma xərcləri hazırkı qiymətdən iki dəfə artıqdır, ancaq qiyməti qaldırmaq barədə qurumun rəhbərliyi tərəfindən Tarif Şurasına müraciət olunması nəzərdə tutulmur: “Hələ ki, qiymət artımının gözlənilmədiyini, metro sərnişinlərinin gediş haqqı ilə bağlı narahatçılığına əsas yoxdur”.
/APA/