19 Dekabr 2018 09:33
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan tərkibində yüksək həcmli duz, şəkər və yağ olan məhsulların ölkəyə gətirilməsi və daxildə istehsalına məhdudiyyət qoyacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezident Şövkət Mirziyayev bu barədə Səhiyyə Nazirliyinə və əlaqədar qurumlara göstəriş verib.

Həmin ərzaqlara şirin un məmulatları, kolbasa, konserv, pendir, yoqurt, mayanez, ketçup, konfet, tort, alkoqolsuz şirin içki və bu kimi məhsullar daxildir.

Qeyd edək ki, Rusiya da analoji addım atmağa hazırlaşır. Hökumət duzu, şəkəri və yağı çox olan məhsulların üzərinə xüsusi işarələr qoymağı və onların reklamını məhdudlaşdarmağı planlaşdırır.


Müəllif: Mahir