27 Avqust 2014 09:44
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Nərimanov” metrostansiyasında qadınlar əlbəyaxaya çıxıblar.

Teleqraf.com xəbər verir ki, milli.az-ın əməkdaşı bildirib ki, qatara minən zaman bir qadın digərinin ayağını tapdalayıb. Bu zərərçəkənin xoşuna gəlməyib və başlayıb qışqırmağa. Qadın qarşıdakı xanımı təhqir etməyə başlayıb.

“Heyvan” sözünü eşidən digər xanım da dözməyib, zərərçəkənin yaxasından yapışıb. Ətrafdakılar saçyolduya imkan verməyib. Qadınları aralasalar da, təhqir edən xanım “Gənclik” metrosunadək susmayıb.

"Gənclik” metrosunada qadınlardan biri qatarı tərk edincə sərnişinlər rahatlaşıblar.


Müəllif:

Oxşar xəbərlər