27 Dekabr 2018 11:39
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell xüsusi olaraq ölkənin regionlarında yaşayan abunəçilər üçün nəzərdə tutulan yeni təklif hazırlayıb.

Abunəçiləri daha rahat, münasib və əlverişli rabitə xidmətləri ilə təmin etmək məqsədilə təqdim olunan eksklüziv paket sayəsində abunəçilər istədikləri qədər danışa biləcəklər.

Yeni təklifin şərtlərinə əsasən, “Bakcell”in CİN abunəçiləri öz telefonlarında *545#Yes kodunu yığıb paketi aktivləşdirə və günə sadəcə 0.30 AZN ödəyərək regionlardan 24 saat ərzində limitsiz zəng edə bilərlər.

Qeyd edək ki, bu paket yalnız Azərbaycanın regionlarından olunmuş şəbəkədaxili zənglər üçün keçərlidir. Bölgələr üçün nəzərdə tutulmuş yeni paketi Klass, Business və ElaGÜN tariflərindən istifadə edən abunəçilər istisna olmaqla bütün Bakcell CIN abunəçiləri əldə edə bilər. Abunəçiləri rahat və dayanıqlı mobil rabitə ilə təmin etmək məqsədilə paketin istifadəsinə “ədalətli istifadə siyasəti” (gündəlik 500 dəqiqə) tətbiq olunur. Əlavə məlumat https://www.bakcell.com/az/unlimited_calls_from_regions_2018 internet səhifəsində təqdim edilir.

Azərbaycanın telekommunikasiya bazarında ən innovativ mobil operator olaraq Bakcell bütün müştəri seqmentlərinin ehtiyac və tələblərini öyrənmək üçün daim bazar araşdırmaları həyata keçirir. Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər