28 Dekabr 2018 12:47
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın “Fars” agentliyi “Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymaninin ölümü ilə əlaqədar İsrail mediasının yaydığı məlumatı təkzib edib.

Teleqraf.com xəbər verir ki, agentlik İsrail KİV-in generalın ölümü ilə bağlı hesabat yaydığını bildirib.

“Fars” agentliyi isə iddia edir ki, Qasım Süleymani bu gün səhər saatlarında İmam Xomeyni məscidində namaz qılarkən görüntülənib.

Mənbə eyni zamanda generalın İran dini liderinə bağlı Məsləhət Şurasının yaxın günlərdə vəfat etmiş sədri Mahmud Haşimi Şahrudinin cənazə namazında iştirak etdiyini bildirib.

Qasım Süleymani əslən Güney Azərbaycan türküdür.

Qeyd edək ki, İsrail mediası Qasım Süleymaninin dekabrın 25-də İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşq yaxınlığına hücumu zamanı öldürüldüyünü iddia edir.

İsrail hərbi qüvvələrinin Dəməşqin cənub və qərb bölgələrinə hücumları başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər