Lənkəran şəhərində iki nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıblar və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.