Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Bəxtiyar Hacıyevin polis idarəsində təzyiqə və təhqirə məruz qaldığı haqda iddialarına münasibət bildirib.
DİN rəsmisi Hafta.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: “Bu barədə bizdə məlumat var. Günortadan sonra bu işi araşdıracağıq. Məsələni dəqiqləşdirək, ehtiyac olarsa, açıqlama verəcəyik”.
Qeyd edək ki, B.Hacıyev bildirib ki, Səbail rayon polis idarısi 13-cü polis bölməsində polis mayoru İltimas Yusifli tərəfindən təhqir olunub və fiziki təzyiqə məruz qalıb.