18 Yanvar 2019 15:25
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2018-ci il ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən və məhkumlardan 1770 manat məbləğində pul, 96 mobil telefon, 139,327 qram narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub".

Teleqraf.com xəbər verir ki, bu barədə Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayor Oqtay Məmmədov 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

Oqtay Məmmədov qeyd edib ki, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 579 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib:

“Penitensiar xidmətin əməliyyat aparatının məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş 7 ədəd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib”.


Müəllif: Hacı Zeynalov