18 Yanvar 2019 17:29
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kommunistləri Məşədi Əzizbəyovun anadan olmasının 143-cü ildönümünü qeyd edir.

Teleqraf.com xəbər verir ki, Məşədi Əzizbəyovun çarizmə qarşı ilk inqilabi çıxışlarından biri 1897-ci ildə Peterburqda olub.

Tələbə nümayişində fəal iştirak edən Əzizbəyov buna görə həbs olunaraq Petropavlovsk qalasına salınır.

1898-ci ildə 22 yaşlı Məşədi Əzizbəyov sosial-demokrat partiyası sıralarına daxil olur. Bu dövrdə o, marksizm-leninizm ədəbiyyatını öyrənir. M.Əzizbəyovun saysız-hesabsız əlyazmaları hələ də qalmaqdadır.

1899-cu ildə o, Peterburq texnoloji institutuna daxil olub. 1901-1902-ci illərdə tələbə toplanışları, mitinqlər və nümayişlər dalğası bütün Rusiyanı bürümüşdü. Məşədi Əzizbəyov bu çıxışların fəal iştirakçısı idi və 1902-ci ildə yenidən həbs olunub. Əzizbəyob 26 Bakı Komissarları sırasına daxil olub. Bakıda qurulan Sovet hakimiyyətində Daxili işlər komissarının müavini və Quberniya komissarı vəzifəsini tutub.

Bakıda Sovet hakimiyyəti müvəqqəti yıxılan zaman Əzizbəyov Bakı Sovetinin 25 iyul tarixli fövqəladə iclasında ingilis qoşunlarının Bakıya dəvət olunması əleyhinə çıxış edib. BXKS-nin süqutundan sonra qırmızı əsgər dəstələrinin Bakıdan sovet Həştərxanına köçürülməsini təşkil edib.

Əzizbəyov Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə iştirak edib. Avqustun 17-də Bakı komissarları ilə birlikdə Sentro-kaspi diktaturası tərəfındən həbs edilib, sentyabrın 14-dək həbsxanada saxlanıb. Buradan qaçaraq türkmən gəmisinə minib Türkmənistana gedir.

Sentyabrın 17-də ingilislər tərəfindən həbs edilən Əzizbəyov Krasnovodskda (indiki Türkmənbaşı) həbsxanaya salınır və sentyabrın 20-də bu şəhərin 207 kilometrliyindəki Ağcaqum çölündə güllələnir.


Müəllif: Cavad