1 Fevral 2019 13:39
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” evlərdə yeni sayğaclar quraşdırarkən dəm qazını xəbərdarlıq edən avtomatik xəbərdarlıq aparatları yerləşdirməlidir. Sayğaclar olan evlərdə isə bu aparatların quraşdırılması məcburi olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova Milli Məclisin bügünkü plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirir ki, son vaxtlar dəm qazından zəhərlənmə və partlayışlar nəticəsində bəzən bir ailə, bəzən uşaqlar dünyasını dəyişir:

“Hesab edirəm ki, “Azəriqaz” Bakıdakı bütün tüstü-bacaların, qaz aparatlarının düzgün quraşdırılması ilə bağlı araşdırma aparlmalıdır. Bu tələblərə əməl etməyənlər konkret tədbirlər görülməlidir. Bəzi hallarda “Azəriqaz” əməkdaşları pozuntu aşkarlasa da, sərt tədbirlər görmür, təbii qazın verilişini dayandırmır. Növbəti dəfə aradan qaldırılmasını vətəndaşın ixtiyarına buraxır. Çox zaman isə problem həll edilmir, faciə ilə nəticələnir”.


Müəllif: Gülxar

Oxşar xəbərlər