6 Fevral 2019 14:24
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” dövlət tarix-memarliq qoruğu idarəsi və Azərbaycan Milli Elmlər Akademiyasi “Abşeronun tarixi və mədəni irsində qala kəndinin rolu” adlı müsabiqə elan edib.

Teleqraf.com xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd bu ərazidəki memarlıq abidələrinin (5 məscid, 3 hamam, yeraltı kəhrizlər, məqbərə, sərdabələr, yaşayış evləri və s. ) öyrənilməmiş tərəflərinin araşdırılmasına gənc tədqiqatçıları cəlb etməkdir.

Müsabiqədə 35 yaşa qədər alim və tədqiqatçılar iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan işlərə dair tələblər aşağıdakılardır:

Müsabiqəyə qədər heç yerdə dərc edilməyən əsərlər qəbul edilir və işlər Azərbaycan və ya rus dilində təqdim oluna bilər.

İşlərin məzmununa dair əsas tələblər isə belə olmalıdır:

Tarixi faktlar və etibarlı mənbələrdən istifadə;

icra müstəqilliyi və elmi yenilik;

orijinallıq, plagiat elementlərinin olmaması;

empirik məlumatların və nəzəri nəticələrin təsviri, təqdimatın müxtəsərliyi;

praktiki dəyər;

nəticə və tövsiyələrin olması;

Müsabiqə işinin həcmi A4 formatlı, 10 səhifədən az və 20 səhifədən çox, (Times New Roman şrifti, 1,5 interval və 14 ölçü ilə) foto və illüstrativ materiallar 5 səhifədən artıq olmamalıdır.

Eyni zamanda məqalə ilə birlikdə iştirakçının özü haqqında məlumatlar, yəni soyadı, adı, atasının adı, təvəllüdü, təmsil etdiyi ali məktəbin və ya elm müəssisəsinin adı, ünvanı, ev ünvanı, vəzifəsi, fakültənin, kafedranın, şöbənin və s. adı, elektron poçt ünvanı, əlaqə telefonları göndərilməlidir:

Qaliblərə üçün 1-ci yer -1500 AZN, 2-ci yer - 1000 AZN, 3-cü yer -500 AZN nəzərdə tutulub.

Qeyd edək ki, tədqiqatlar münsiflərə imzasız təqdim ediləcək. Müsabiqənin qalibi olan 3 nəfər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Fəxri fərmanı və pul mükafatını qazanacaq. Müsabiqənin nəticələri 2019-cu il may ayının ilk ongünlüyündə elan ediləcək. Seçilmiş məqalələr toplu şəklində nəşr olunacaq. Araşdırmalar toplusu bütün müəlliflərə çatdırılacaq.

Təqdim olunacaq məqalələri elektron formada 1 aprel 2019-cu il tarixədək [email protected] və ya [email protected] ünvanına göndərmək lazımdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər