16 Fevral 2019 18:42
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən aldığımız bir çox paltarlar qısa zamanda keyfiyyətini, rəngini və möhkəmliyini itirir. Bu səbəbdən təzə paltara pul xərcləmək lazım gəlir.

Teleqraf.com paltarların ömrünü uzatmağın yollarını təqdim edir.

Çox kirli paltarlar nisbətən təmizlərdən ayrı yuyulmalıdır. Çünki hər birinə ayrı miqdarda su sərf edilir. Buna fikir verməsəniz, paltarlarınızın rəngi tez solacaq.

Mütəxəssislər kiçik və böyük paltarları birgə yumağı tövsiyə edir. Bu üsul paltarların maşının içində daha rahat hərəkət etməsinə gətirib çıxarır.

Yuyucu tozlar ilıq və isti suda daha effektlidir. Soyuq sudan kirli olmayan paltarları yumaqda istifadə olunmalıdır.

Pambıqlı və yüngül paltarları tərs çevirərək yuyun. Yoxsa paltarlarınız tük buraxar.

Çimərlik geyimləri qurudulanda zərər görə bilər. Ona görə də onları yuduqdan sonra isti olmayan yerdən asın.

Köynək və başqa paltarlar üçün asqı sancağından istifadə etməyin. Taxta sancaqlar daha məsləhətlidir. Paltarlarınıza iz düşməz və köhnəlməz.

Plastik paketlər qısa vaxt ərzində paltarları daşımaq və saxlamağa yarayır. Uzun müddətli istifadə paltarlara ziyan verəcək.

Paltarlarınızın təbii görünüşü üçün otaq temperaturuna və yetərli havalandırmağa ehtiyacı var.

Paltarları yumazdan qabaq uzun müddət saxlamaq mikrob və parazitlərin inkişaf etməsinə səbəb olur. Xüsusilə idman geyimləri üçün bu vacibdir. Belə paltarları dərhal yumalısınız.

Tər ləkələri də paltarlarınızı ağarda bilər. Bunun qarşısını almaq üçün qoltuq altına tər əmici bez tikin və tərdən qorunun.


Müəllif: Aytən

Oxşar xəbərlər