29 Avqust 2014 19:16
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

"142- Çağrı mərkəzi"nə zəng edin!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları ilə bağlı işəgötürənlərin məlumatlandırılması işlərini davam etdirir. ƏƏSMN ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə bu məqsədlə nazirliyin növbəti “Açıq qapı” günü-vətəndaş forumu Nizami rayonunda keçirilib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri işəgötürənlərin diqqətinə çatdırıblar ki, əmək müqavilələri bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsi işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunmasına, onların sosial təminat və gələcəkdə layiqli pensiya təminatı hüquqlarına malik olmalarına şərait yaradacaq. Bununla yanaşı, EİS-də işəgötürənlər onlar üçün nəzərdə tutulmuş xidmətlərdən istifadə etməklə bağladıqları, dəyişiklik etdikləri və ya xitam verdikləri əmək müqavilələri barədə statistik məlumatlara sahib olacaqlar.

Qeyd olunub ki, bu sistem respublikanın əmək bazarı ilə bağlı obyektiv təhlillərin aparılması üçün dolğun informasiya bazası formalaşdıracaq. Burada əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi və s. barədə məlumatlar toplanacaq. Belə bir məlumat bazası isə əmək bazarı ilə bağlı geniş təhlillər aparmağa, real məlumatlar əsasında gələcəkdə əmək bazarı ilə bağlı inkişaf proqramlarının hazırlanıb həyata keçirilməsinə imkan verəcək.

EİS-dən istifadə ilə bağlı işəgötürənlərə praktik bilgilər verilib, onların sualları cavablandırılıb, bildirişlərin qeydiyyatdan keçirilmə proseduru əyani şəkildə nümayiş etdirilib. EİS-lə bağlı metodiki göstərişlərin, müvafiq yardımçı materialların ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirildiyi, nazirliyin "142- Çağrı mərkəzi"nin bu sahə ilə bağlı sualları cavablandırmaq üçün funksiyalarının gücləndirildiyi, həmçinin EİS-dən istifadə ilə bağlı işəgötürənlər üçün bölgələrdə “Yardımçı masaları” nın yaradıldığı diqqətə çatdırılıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər