30 Avqust 2014 13:15
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər istirahətə gedib. Partiya sədrinin hara getdiyi, harada istirahət etdiyi bəlli deyil.

Məlumat üçün qeyd edək ki, Azad Demokratlar Partiyasının qurultayı bu yay baş tutub.

Partiya bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyini bəyan etsə də, qurultaydan sonra xüsusi aktiv fəaliyyəti ilə seçilməyib. Sülhəddin Əkbərin özü isə mətbuata bildirib ki, partiya sentyabrdan başlayaraq aktiv fəaliyyət göstərəcək. Görünən budur ki, partiya sədri avqustun sonlarında istirahət etməklə sentyabrın əvvəllərində aktiv siyasi fəaliyyətə başlamaq qərarını verib


Müəllif:

Oxşar xəbərlər