Bu xəbər mühərrik yağının avtomobili sıradan çıxarması ilə bağlıdır. Nicat Həsənov adlı paytaxt sakini deyir ki, mühərrik yağını dəyişəndən bir qədər sonra avtomobilin mühərriki sıradan çıxıb. Bu zaman ona 5 min manatdan artıq ziyan dəyib.
Müsahib deyir ki, şirkət nümayəndələri araşdırma aparmaq üçün avtomobilin hətta filtirini də ondan alıblar. Ona bildiriblər ki, həmin filtir şirkətin Türkiyədəki ofisinə göndəriləcək və problemin səbəbi aydınlaşdırılacaq. Hadisədən 3 ay keçməsinə baxmayaraq şirkət hələ də nəticə barədə sürücüyə məlumat verməyib. Bununla yanaşı, ona dəyən ziyan da ödənilmir.
Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıq. Şirkətin azərbaycandakı nümayəndəsi Elgiz Əliyev bildirdi ki, istifadə edilən yağ onlara məxsus rəsmi distributerdən alınmayıb.
Elgiz Əliyev bildirdi ki, hazırda satışda eyni adlı saxta mühərrik yağları da satılır. Sürücü Nicat Həsənovun istifadə etdiyi həmin mühərrik yağı saxta məhsul da ola bilər.