9 Mart 2019 18:20
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunun Qarxun kənd sakinləri yerli meşəbəyidən narazıdırlar.

Sakinlər Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbirinə bildiriblər ki, onların heyvanları meşə sahəsinə buraxılmır: "Qanunvericiliyə əsasən, heyvanların meşə fondu sahələrinə buraxılması qadağan olunsa da, Qarxun kəndi ərazisində meşə sahəsinə baxan meşəbəyinin həmin ərazidə mal və qoyun fermaları var. Meşəyə yalnız onun heyvanları buraxılır. Ona görə də sakinlərin heyvanlarına meşə sahəsinə keçməyə imkan verilmir".

Ötən gün kənd sakinlərilə ilə meşəbəyi arasında qarşıdurma olub. Hadisədən sonra sakinlər meşəbəyidən rayon prokurorluğuna şikayət ediblər.


Müəllif: Daşqın Güneyli

Oxşar xəbərlər