11 Mart 2019 09:11
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim ən yaxşı teoremim xoşbəxtlik haqqında formuldur".

Bu sözlər dünya şöhrətli alim və Nobel mükafatçısı Lev Landauya aiddir.

Mükəmməl fizik, akademik, Nobel mükafatı laureatı hesab edir ki, onun ən faydalı teoremi "xoşbəxtlik formulu" ilə bağlı fikirləridir. Nüfuzlu bir alim üçün qəribə bir mövzudur, elə deyilmi? Ancaq Landau belə düşünmürdü, o, xoşbəxtlik barədə açdığı formula çox ciddi yanaşırdı. "Əgər bu barədə hər kəs mənim kimi ciddi düşünsəydi, həyat daha asan olardı", - deyə bildirirdi.

Landaunun xoşbəxtlik formulu üç əsas elementdən ibarət idi. Əminəm ki, alimin xoşbəxt olmağın yolları barədə açdığı sirr çoxları üçün maraqlıdır. Axı xoşbəxt olmaq ömrün bütün dövrlərində, illərin bütün fəsillərində, ayların və həftələrin bütün günlərində, günün isə istənilən saatları üçün aktualdır. Gözlənilmədən qəlbimizə qonan xoşbəxtliyi istənilən vaxt və istənilən yerdə məmnuniyyətlə qarşılamağa hazırıq. Xoşbəxtlik ruhun tez-tez möhtac olduğu qanadlarıdır. Odur ki, oxucuları alimin bu barədə səsləndirdiyi fikirlərlə tanış etməyə dəyər.

Lev Landau xoşbəxtliyin sadə və bir o qədər də parlaq formulunu irəli sürürdü. Onun fikrincə, hər bir insanın xoşbəxt olması üçün bərabər nisbətdə üç komponent lazımdır: iş, sevgi, insanlarla ünsiyyət. İşi Landau ilk sıraya qoyurdu. O, insan həyatında əməyin ən vacib şey olduğuna inanırdı. Onun sözlərinə görə, bu, o qədər aşkar faktdır ki, sübut tələb etmir.

Landau sevgiyə də çox ciddi yanaşırdı. O, həqiqətən əmin idi ki, insanlar xoşbəxt olduğu zaman ən azı 30% məhəbbət ötürür. Odur ki, hər kəs öz sevdiklərini xoşbəxt etmək üçün səy göstərməlidir. Landau həyat yoldaşı haqqında deyirdi: "İlk vəzifəm onu xoşbəxt etməkdir. Xanımı xoşbəxt olmayan bir kişi özü heç vaxt xoşbəxt ola bilməz".

Landau formulunun sonuncu bəndi insanlarla daha çox ünsiyyət qurmağı nəzərdə tuturdu. Bu maddəni Landau öz üzərində tətbiq edirdi. Onun çoxlu dostları və tanışları var idi, axşamlar evinin qapıları bağlanmır, birini qonaq qarşılayır, digərini isə yola salırdı. Evi daim zarafatlar və qəhqəhələr dolu, əyləncəli və səs-küylü idi. Onun həyatı fırtınalı idi, günün birinci yarısında çox ciddi elmi işlərlə məşğul olan alim günün ikinci yarısını əylənməyə, deyib-gülməyə həsr edir və həyatdan zövq almağa çalışıraq keçirirdi.

Aforizmləri

1. Xoşbəxt görünmək özünü bədbəxt hiss etməkdən daha faydalıdır.

2. İnsanın başlıca məqsədi xoşbəxtliyə çatmaqdır, o, xoşbəxtlik üçün səy göstərməli, bu yolda mübarizə aparmalı və heç bir halda imtina etməməlidir (Milli.az)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər