13 Mart 2019 19:58
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyinatından sonra iddia edənlər oldu ki, bu nüfuzlu ali məktəbə ilk dəfə olaraq elmlər namizədi rektor təyin olunur. Xatırladıram ki, Elçin Babayev universitetin tarixində III elmlər namizədi rektordur.

Teleqraf.com xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev bildirib.

O qeyd edib ki, əslində bunu deməklə universitetə 1965-ci ildə rektor təyin olunmuş fizika-riyaziyyat elmləri namizədi Mehdi Əliyevi xatırlamaq istəyib:

“Onu yüksək elmə və təşkilatçılıq bacarığına malik rektor kimi dəyərləndirirlər. Mehdi Əliyev Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanın tərtibi kimi işlərə xüsusi əhəmiyyət verib. O, tələbələr üçün bir çox vacib dərslikləri, məsələn “sovet fizikasının atası” sayılan Abram Fyodoroviç İoffenin “Molekulyar fizika kursu” və sair kitabları rus dilindən Azərbaycan dilinə tərcümə etmiş, ali məktəblər üçün optika kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifi olub. Mehdi müəllim 1970-ci ilə qədər rektor vəzifəsində işləyib. Çox təəssüf ki, belə şəxsiyyətləri tez unuduruq”.
E.Əliyev onu da bildirib ki, 1992-cü ildə isə BDU-ya hüquq elmləri namizədi Firudin Səməndərov rektor təyin olunub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər