Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib.
O, “Report”a açıqlamasında Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini deyib: “Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyətilə məşğul olacağam”.
Qeyd edək ki, A.Əlinin təqaüdə göndərilməsi barədə xəbəri ilk olaraq Modern.az saytı yayıb.