22 Mart 2019 12:24
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən çox istifadə edilən sosial şəbəkə saytı Feysbuk istifadəçi şifrələrinin mətn məlumatlarında saxlanıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Feysbuk rəhbərliyi istifadəçi şifrələrinin məlumatlar bazasında olduğunu, lakin bunun gizli saxlanıldığını bildirib.

Açıqlamada deyilir ki, bu məlumatların kənar müdaxilələrlə ələ keçirilməsi mümkün deyil.

Feysbuk əməkdaşlarının bu gizli məlumatlardan pis məqsədlər üçün istifadə etməsinə dair sübutun olmadığı da diqqətə çatdırılıb.

“Krebs on Security” adlı bloq səhifəsində Feysbukun 600 milyona yaxın sosial şəbəkə istifadəçisinin şifrəsinin uzun illərdir mətn məlumatlarında saxlanıldığı bildirilmişdi.

Məlumatda istifadəçi şifrələrinin Feysbuk komandasında işləyən hər bir kəs üçün açıq olduğu iddia olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu