Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
Bu barədə Teleqraf.com-a Azərsu ASC-dən bildirilib.
Qeyd edilir ki, fasiləyə səbəb magistral su kəmərində (Ə.Rəcəbli küçəsində) baş vermiş qəzadır.
Hazırda qəza briqadaları əraziyə cəlb olunub.