Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bu gün Quba rayon polis şöbəsində qəbul keçirib.
Teleqraf.com xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.