27 Aprel 2019 13:34
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda bəzi seysmik stansiyaların istismar müddəti başa çatıb”.

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, 2003-cü ildə alınan seysmik stansiyaların istismar müddəti bitib: “Sadəcə olaraq, biz onları ehtiyatla istifadə edirik. Ona görə də yaxın gələcəkdə seysmik stansiyaları yeniləməyi planlaşdırırıq. Məqsədimiz respublikanın bütün ərazilərində GPS stansiyaları yerləşdirməkdən ibarətdir.

Bununla əlaqədar biz müvafiq qurumlara məktubla müraciətlər də etmişik. 2010, 2012 və 2013-cü ildə aldığımız son model stansiyaların fəaliyyətində isə heç bir problem yoxdur”.

Q.Yetirmişli bildirib ki, bu gün Azərbaycanda, ümumilikdə, 62 seysmsik stansiya fəaliyyət göstərir:

“Hazırda respublika ərazisində 24 GPS (Geofiziki və Geodinamiki Tədqiqatlar) stansiyası var. Bu stansiyalar kompleks stansiyalarla birlikdə fəaliyyət göstərir. Seysmoloji tədqiqatlar 35 telemetrik seysmik stansiyalardan ibarət onlayn müşahidə şəbəkəsi əsasında aparılır. Gürcüstanla sərhəd zonasında 3 seymsik stansiya quraşdırılıb”./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər