8 May 2019 12:00
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxaq görək, bu nə qədər davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi muzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.

Deputat əlavə edib ki, sosial şəbəkədə müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir: “Sadə feysbuk statusu ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın”.

Qeyd edək ki, dünən R. Musabəyov Feysbukda yazdığı statusda Azneft meydanı yaxınlığında yeraltı keçiddə bir gəncin popkorn satmasını sərt tənqid edib. Deputatın statusu sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılaşmayib. Hətta bu statusa xeyli tənqidi şərhlər yazılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər