21 May 2019 18:31
240
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 may 2019–cu il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində Dəyirmi Masa keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Milli QHT Forumun və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştik etdi. Məruzəçilər də Vətəndaş Cəmiyyəti nümayəndələrinin, xüsusən də qadınların seçkidə aktiv iştirakçılığının vacibliyi və faydalılığını ön plana çəkən məruzələrlə çıxış etdilər.

Tədbirdə giriş sözü ilə Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək, layihənin əhəmiyyəti haqqında danışdı və layihə çərçivəsində Milli QHT Forumunun yanında fəaliyyət göstərən Bələdiyyə İnkişaf Mərkəzi ilə əməkdaşlığının vacibliyini qeyd etdi.

Daha sonra, “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihənin rəhbəri, Bakı şəhər, Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədr müavini və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova layihə haqqında məlumat verərək qeyd edib ki, əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsi olan layihə Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa və Qazax olmaqla 9 regionda icra olunacaq. Layihə tədbirlərinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Bələdiyyələrin Milli Assosiasiyaları, yerli icmalar və QHT-lər, hədəf regionların bələdiyyələri, bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalar və könüllülərlə əməkdaşlıq ediləcəyini bildirən xanım Lyudmila Xəlilova həmçinin qadınların bələdiyyələrdə təmsilçiliyini zəiflədən amillərə də toxunub. Xanım Xəlilova vurğulayıb ki, layihənin fəaliyyətlərinin icrası nəticəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi 5-ci Məqsəd və xüsusi ilə 5.5-ci hədəfi Qadınların siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbul edilməsində tam və effektiv iştirakının və bərabər imkanların təmin olunması barədə ictimaiyyətin biliklərinin artırılmasına, 2019-cu il bələdiyyə seçkilərində qadın namizədlərin sayının və bacarıqlarının inkişaf etdirilməsinə, qərarların qəbul edilməsi prosesində qadınların iştirakını dəstəkləmək üçün potensial namizədlərin, müşahidəçilərin, seçicilərin, işgüzar qadınların və digər mütəxəssislərin şəbəkəsinin genişləndirməsinə və qadınların qərarvermə prosesinə medianın marağının (işıqlandırma) və aktivliyinin yüksəldilməsinə nail olunacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, MQF-nin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti Nərgiz Xələfin «Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolu» mövzusunda məruzəsi dinlənildi.

Sonuncu məruzəçi Binəqədi şəhər bələdiyyəsinin üzvü, eyni zamanda “Ekoloji maarifçilik və monitorinq” İctimai Birliyinin sədri və Binəqədi şəhər bələdiyyəsinin üzvü Qəmzə Yusubova «Bələdiyyə idarəçiliyində gender münasibətləri» mövzusunda çıxış etdi.

Məruzələr dinlənildikdən sonra, müvzu ətrafında geniş müzakirələrdən sonra iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndi:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər