Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı və Mirkazım Kazımov Rusiyaya səfərə gedəcək.
Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti mayın 29-da Sankt-Peterburq şəhərində MDB PA-nın Sosial siyasət və insan hüquqları, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.