Kikboksinq üzrə dünya çempionu Eldar Əlizadənin toyu olub.
İdmançı Fatma adlı türk xanımla ailə həyatı qurub.
Onun toyu Türkiyənin Kastamonu şəhərində baş tutub.
Eldar xoş günündən olan görüntüləri sosial şəbəkədə paylaşıb. Videoda idmançının həyat yoldaşı ilə “yumruqlaşdığı” kadrlar yer alıb.
Qeyd edək ki, Eldar Əlizadə eyni zamanda Avropa çempionudur. O, Türkiyəli milli komandasının məşqçisidir./Axşam.az/