9 Sentyabr 2014 13:43
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Veb layihələr sərgisi” layihəsi çərçivəsində Sumqayıt şəhərində “Reduco” Təlim Tədris Mərkəzində tədbir təşkil olunub.

Layihənin rəhbəri Ağasəlim Məmmədov tədbiri açıq elan edərək bildirib ki, veb layihələr sərgisini həyata keçirməkdə məqsəd gənclərin innovativ ideyalarına dəstək olmaq, gənc ikt mütəxəssislərinin üzə çıxarılmasına, özlərini cəmiyyətə təqdim etməsinə şərait yaratmaqdır.

Tədbirdə təqdimatçı və iştirakçı kimi iştirak edən gənclər komanda formalaşdırmaq, uğurlu veb layihələrin nümayəndələri ilə əlaqələr qurmaq, öz ideyalarını gerçəkləşdirmək imkanı əldə ediblər.

Daha sonra innovativ ideyalara malik gənclər öz layihələrini auditoriya qarşısında təqdim ediblər. Ekspertlərin, gənclərin iştirak etdiyi tədbir qarşılıqlı müzakirələr şəraitində keçib.


Müəllif: