İyunun 16-dan 18-dək Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, ÜTT-nin baş katibi Zurab Pololikaşvili sessiyanın nəticələri barədə danışıb. O, regiondan – Gürcüstandan olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın turizm sahəsində imkanlarını daha da təşviq etmək lazmıdır:
“Mən bir ildir bu vəzifədə çalışıram və bu bölgədən – Gürcüstandan olduğum üçün eyni zamanda Azərbaycanı da təmsil edən baş katib qismində çıxış edirəm. Qeyd edim ki, İcraiyyə Şurasının iclasları ildə iki dəfə keçirilir. Həmin iclaslarda ən vacib məsələlər müzkirə olunur. Budəfəki sessiyada sentyabr ayında ÜTT Baş Assambleyasının Sankt- Peterburqda keçiriləcək iclasına hazırlıqla bağlı müzakirələr aparıldı”.
Baş katib bildirib ki, Bakıda keçirilən sessiyada 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələri iştirak edib:
“Burada Azərbaycan, Yaponiya, Argentina kimi ölklər təmsil olunub. Beş qitədən olan nümayədələr Bakıda idi. Bütün iştirakçılara tövsiyə edirik ki, bir neçə gün Bakıda qalsınlar və Azərbaycanın qonaqpərvərliyini görsünlər. Azərbaycan neft istehsal edən ölkə kimi əldə etdiyi vəsaiti turizm sahəsinə yatırır. Bu işlər cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Biz iştirakçılara yenidən Azərbaycana gəlməyə tövsiyə edirik”.
Baş katib bildirib ki, sessiyaya ABŞ-dan böyük nümayəndə heyəti qatılıb:
“ABŞ bizim sıralarımızı 23 il əvvəl tərk etdi. Amma dünən Donald Tramp administrasiyanın nümayəndəsi də burada idi. Dünən elan olundu ki, ABŞ-ın bizim təşkilata qayıtmaq istəyir. Bu, bizim üçün çox vacidbidir. Belə bir güclü tərəfdaşın sıralarımızda olması bizim üçün böyük nailiyyətdir”.
Z.Pololikaşvili bu ili təhsil ili elan etdiklərini bildirb:
“Bizim region ölkələrində nümayəndəliklərimiz, ofislərimiz açılacaq. İki il ərzində turizm və təhsil sahəsində fəaliyyət göstərən 10-15 beynəlxalq mərkəzin açılacağı gözlənilir. Dünən Rusiya nümayəndə heyəti də bizimlə bir yerdə idi. Biz onlarla Sankt-Peterburqda keçirləcək iclasla bağlı saziş imzaladıq”.
Baş katib Sankt-Peterburqda 5 prioritet mövzunun müzakirə olunacağını bildirib:
“Birinci, innovasiya və rəqəmsallaşdırmadır. Beləliklə, biz “Turizm-tek” layihəsinə start vermiş oluruq. Biz startapları və innovasiya ilə məşğul olanları bu işə cəlb edəcəyik. İkinci prioritet məsələ sərmayədir. Konkret məkanlar olmalıdır ki, ora investisiya qoyulsun. Payızda etibarən “Faynəşnl Tayms” qəzeti ilə əməkdaşlığa başlayacağıq. Qəzet bizə informasiya dəstəyi verəcək. Üçüncü prioritet təhlükəsizlik və viza məsələsidir. Biz müəyyən etməliyik; metodologiya necə tətbiq olunmalıdır ki, viza əlçatan olsun. Lakin təhlükəsizlik nöqteyi-nəzərindən ölkələr bu sahəyə münbit şərait yarada bilmir. Məhz xarici işlər nazirliklərinin xidmətindən istifadə edərək viza məsələsində turistlərin rahatlığına çalışacağıq. Dördüncü proioritet kənd turizminin yaxın illərdə inkişaf etdirilməsidir. Beşinci istiqamət isə çıxışımın əvvəlində qeyd etidiyim kimi, təhsil və təlim məsələsdir. Bu məsələ böyük əhəmiyyət daşıyır. 250 bir-biri ilə əlaqələndirilmiş mərkəzlər vasitəsilə bütün dünya üzrə insanların turizm sahəsində baza bilikləri əldə etməsinə çalışıcağıq. Bu istiqamətdə ilk onlayn turizm akademiyası reallaşacaq. Bu akademiya vasitəsilə insanlar təməl turizm bilikləri əldə edəcəklər”.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Z.Pololikaşviliyə minnətdarlığımnı bildirib. O qeyd edib ki, bu tədbirin Bakıda keçirilməsi bizim üçün çox vacibdir:
“37 ölkənin turizm administrasiyasının rəhbəri Bakıya gəlib. Bu, bir fürsətdir ki, ölkəmizi tanıdaq. Gələn qonaqları bu gün axşam yenicə rekonstruksiyadan çıxmış “Yanardağ”a aparacağıq. Bir daha qeyd etmək istərdim, bu bir fürsətdir ki, ölkəmizi tanıdaq”.