Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Xırdalan şəhəri, 26-cı məhəllə ev 5-də baş verən partlayışdan sonrakı vəziyyət haqda məlumat verib.
Elçin Qədimov Teleqraf.com saytına açıqlamasında bildirdi ki, binada yaşayan məcburi köçkünlər üçün əlavə 6 yeni mənzil verilib:
“Dünən 3 ailəyə mənzil verildi. Bu gün də günün ilk yarısına kimi daha 6 ailəyə yaşayış üçün mənzillər verildi. Mənzillər Abşeron rayon Mehdiabad ərazisindədir. Dövlətin müvqafiq qurumu tərəfində alınmış yaşayış üçün bütün zəruriyyətlərə cavab verən mənzillərdir. Hazırda da mənzil verilən ailələrin əşyaları komitə tərəfindən ayrılmış nəqliyyat vasitəsilə Mehdibaddakı yaşayış üçün verilən mənzillərə daşınır”.
Elçin Qədimov qeyd etdi ki, partlayış baş verən bina da ciddi problemlər yoxdur: “Fövqəladə hallar Nazirliyi o binalara baxış keçirdi və binanın qalan hissəsində ciddi problem yoxdur. Sadəcə partlayış olan mənzillərin yanındakı qismən zərər çəkmiş mənzillərdə yaşayanlar köçürülüb”.
İlhamə