22 İyun 2019 13:26
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

Teleqraf.com Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, yarışa Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər