24 İyun 2019 16:14
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak edən şəxslərdən ötən il 5 minədək şəxs işə qəbul olunmuşdu. Bu il isə işə qəbul imtahanı və ondan sonrakı mərhələdən keçmək nəticəsində ümumilikdə 10-11 min nəfərin işə qəbul olunacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bunu bunu Təhsil Naziliyində keçirilən mətbuat konfransında nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirb.

O qeyd edib ki, bu il vakant yerlərin sayı daha çox olacaq:
“Beləliklə, Təhsil Nazirliyi olaraq bizim əlavə yerləşdirmək imkanlarımız daha çox olacaq. Biz maksimum şəkildə müsabiqədə hamının iştirakına şərait yaradacağıq. İşə qəbul imtahanında iştirak etmək üçün yeganə və əsas tələb şəxsin pedaqoji ixtisası bitirməsidir”.

Nazirlik rəsmisi daha sonra deyib:
“Statistik rəqəmlərin təhlili müəllimlərin işdə qəbulu ilə bağlı dinamikanın artımını nümayiş etdirir. Yəni, biz bunu asanlıqla müşahidə edirik. Güman edirik ki, bu il işə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən şəxslərin sayı təxminən eyni sayda olacaq. Ancaq istənilən halda elektron sənəd qeydiyyatı başa çatandan – iyulun 3-dən sonra biz neçə nəfərin qeydiyatdan keçdiyini deyə biləcəyik”.

Nazirlik rəsmisi bu prosesdə jurnalistlərlə sıx işləyəcəklərini vurğulayıb:
“Biz həm test imtahanı, həm də müsahibə mərhələsində jurnalistlərlə bərabər olacağıq”.

Eşqi Bağırov ən çox vakant yerin ibtidai sinif müəllimliyi üzrə olduğunu da bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər