27 İyun 2019 11:02
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinə yeni idarə rəisi təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azneft”in sosial şəbəkədəki rəsmi səhifəsində qeyd edilib.

Məlumata görə, “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinə “Bibiheybətneft” NQÇİ-nin baş mühəndisi Cavanşir Allahverdiyev təyin olunub.

O, idarənin kollektivinə təqdim olunub.


Müəllif: Teleqraf.com