Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Şuradan Teleqraf.com-a verilən məlumata görə, iclasda “SELNET” MMC, “MEGALİNK” MMC və “BULUD STORE” MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciətlərinə baxılıb və hər üç şirkətə müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.