29 İyun 2019 17:58
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Abidə Menecerləri Forumunun keçirilməsi çox gözəl təşəbbüsdür. Forumda bu sahədə fəaliyyət göstərən 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın insanın iştirak etməsi təcrübə mübadiləsi üçün yaxşı imkanlar açır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən Abidə Menecerləri Forumunun iştirakçısı, Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) direktoru Tim Badman deyib.

Qeyd edib ki, bu forum yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində başlayıb və artıq üçüncü dəfədir keçirilir: “Abidə Menecerləri Forumu mədəni irsin qorunması baxımından böyük önəm daşıyır. Azərbaycan bu foruma ev sahibliyi etməklə böyük iş görüb. Forumda yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün olduqca əhəmiyyətli layihədir. Tədbir çərçivəsində bir sıra iclaslar təşkil olunub, maraqlı müzakirələr aparılır”.

Tim Badman onu da vurğulayıb ki, Azərbaycanda olduqları müddətdə ölkəmizin tarixi məkanlarına baş çəkəcək, mədəni irsin idarə olunması sahəsində yerli təcrübə ilə tanış olacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər