1 İyul 2019 11:20
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

Teleqraf.com-un xəbərinə görə, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının İctimai əlaqələr şöbəsinin rəhbəri Orxan Salehli "Report"a bildirib ki, Günəşin tam tutulması iyulun 2-3-nə təsadüf edəcək.

Bu təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Qeyd edək ki, ilk Günəş tutulması bu ilin yanvarın 6-da qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər