UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sesiyası ilə bağlı mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev bildiirib ki, sessiya UNESKO-nun tarixində il ərzində keçirilən ən mühüm tədbirlərdən biridir:
“Dünən bir sıra yüksək səviyyəli görüşlərimiz oldu. Belə ki, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın UNESKO-nun Baş direktoru Odri Azulayla görüşü baş tutdu. Sessiya bizim üzərimizə böyük məsuliyət qoyur. Eyni zamanda buna görə fəxr hissi də keçiririk. Bütün iştirakçılara təşəkkürümü bildirirəm. Sesiya 10 gün ərzində işini davam etdirəcək. Bu günədək 2500 nəfər iştirakçı qeydiyyatdan keçib. Onlar 150-dən artıq dövləti təmsil edirlər. Əminəm ki, qarşıdakı günlərdə digər ölkələrdən də iştirakçıların qatılımı olacaq. Axşam sessiyalarından sonra mədəni proqramlarımız olacaq. Əlavə olaraq bir sıra mədəni tədbirlər də təkllif olunacaq. Təşkilat Komitəsinin qərarına uyğun olaraq, iştirakçıların bütün muzeylərə girişi tam sərbəstdir. Mən bir daha bütün iştirakçılara təşəkkür edirəm. Biz səbirlizliklə mədəni sahələrin mühafizəsi, həm onların konversasiyası ilə bağlı müzakirələri gözləyirik”.
UNESKO-nun baş direktorunun müavini Ernesto Tone Bakıda olmaqdan çox məmnun olduqlarını bildirib. O qeyd edib ki, dünən gözəl açılış mərasimi olub:
“Bu gün bir sıra təqdimatlar oldu. Bakı Bəyannaməsi qəbul edildi. İllərdir UNESKO bu istiqamətdə fəaliyyət göstərir. 10 gün ərzində bizi böyük iş gözləyir. Bakı belə tədbirlərin təşkil olunmasında böyük təcrübəyə malikdir. Qeyri-maddi mədəni irs üzrə Komitənin iclası 2013-cü ildə Bakıda keçirilib. Ümid edirəm ki, sessiya rəvan şəkildə, planlaşdırılmış qaydada aparılacaq. Bu da UNESKO-nun mədəniyət diplomatiyasının bir hissəsidir”.
Dünya İrs Mərkəzini direktoru Mextild Rossler qeyd edib ki, Bakı ilə mədəni irsinin qorunması sahəsində çox işləyiblər:
“Biz mədəni irsin qorunması ilə bağlı bəzi təhdidlərlə üzləşirik. Spesifik təhdidilərə gəldikdə bunlar urbanizasiya, iqlim dəyişikliyidir. Onlar mədəni irsə təhlükə yaradır. Əgər biz səylərimiizi birləşdirməsək, bizə başqa hansı öhdəlik düşə bilər? Sessiyada 35 nominasiya faylı Dünya İrs Siyahısına daxil edilmək üçün nəzərdən keçiriləcək. Dünya İrs Komitəsi qərarlar 2 nominasiyanın dağılma təhlükəsindən qortarılmasına dair qərar qəbul edəcək. Söhbət Qüdsdəki “Beyt Lehm” ibadətgahı və Çlidə yerləşən tarixi məzar daşlarından gedir”.