İyirmi ildən çoxdur ki, Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinin dağıdılması baş verir. Bu, əlbəttə, yolverilməzdir. Dünən açılış mərasimindəki çıxışında ölkəmizin birinci vitse-prezidenti də qeyd etdi ki, bu,çox həssas məsələdir və Azərbaycan onun həllində UNESKO-nun dəstəyinə ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu UNESKO sessiyası ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
Nazir daha sonra deyib:
“Bilirsiniz ki, Ermənistan tərəfi faktaraşdırıcı missiyanın regiona gəlişinə şərait yaratmır. Biz beynəlxalq ictimaiyyətin bu işə qoşulmasını istəyirik. Bu istiqamətədə Azərbaycan UNESKO ilə müzakirələri davam etdirir.
UNESKO-nun baş direktorunun müavini Ernesto Tone bildirib ki, UNESKO bu cür vəziyyətin yaşandığı Orta Şərqdə dair bir sıra qərarların konsensus yolu ilə həllinə nail olub:
“Siyasi gərginlik, yaxud silahlı münaqişədən irəli gələrək bir sıra tədbirlər görülməlidir.
Məsələn, Qüdsdə - Yerusəlimdə Dünya İrs Mərkəzi tərəfindən təhlükə ilə üzləşən bir neçə məkanın siyahıdan çıxarılması o deməkdir ki, biz mədəniyət diplomatiyasının mümkün olduğu yerlərə gedirik. Yəni, bu, UNESKO-nun məramının bir hissəsini təşkil edir. Hazırkı nümunədə ekspert və digər missiyanın həyata keçirilməsi üçün təhlükəsizlik təminatı verilməldir. İki tərəfin razılaşmasısı olmasa, UNESKO buna müdaxilə edə bilməz. Biz konvensiyada iştirak edən ölkələrə bildiririk ki, UNESKO bu və digər dövlətlərin ərazisinə ekspert missiyası həyata keçiriə bilər. Burada həm təbii, həm də mədəni missiyanın həyata keçirlməsindən gedir”.