Daxili İşlər Nazirliyi paytaxtın mərkəzində vətəndaşlar arasında sorğu keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, son günlər paytaxtın mərkəzi hissəsində, xüsusən də “Nizami” küçəsində axşam saatlarında guya milli-mənəvi dəyərlərimizə zidd hərəkətlərin baş verməsi və bu zaman polisin seyrçi mövqe tutması barədə sosial şəbəkələrdə yayılan şayiələrlə əlaqədar qeyd olunan ərazilərdə müşahidə aparılıb.
Bildirilir ki, həmin ərazilərdə sakinlərin münasibəti öyrənilib.
Daxili İşlər Nazirliyinin hazırladığı video-sorğunu təqdim edirik: