9 İyul 2019 19:08
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsinin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Teleqraf.com xəbər verir ki, müraciətdə əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən qətiyyətli daxili və müstəqil xarici siyasət nəticəsində Azərbaycan Respublikasının iqtisadi inkişafı və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər əldə olunduğu bildirilir. Vurğulanır ki, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin təşəbbüsü və iştirakı ilə regional və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilib, həmçinin mühüm strateji enerji və nəqliyyat-kommunikasiya layihələrinin icrası davam edir.

Qeyd edilir ki, cari ilin Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə təsadüf etdiyi nəzərə alınaraq, diplomatik xidmət orqanları tərəfindən yubileylə bağlı bir sıra tədbirlər keçirilir. Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi tədbirləri çərçivəsində, həmçinin iyulun 9-da diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsi keçirilib. Müşavirədə dövlətimizin başçısının diplomatik xidmət orqanları qarşısında qoyduğu xarici siyasət xəttinin həyata keçirilməsi istiqamətində vəzifə və tapşırıqlar yekdilliklə dəstəklənib. Fəaliyyətin bu tələblər çərçivəsində həyata keçirilməsi üçün səylər artırılacaq.

Müraciətdə bildirilir ki, yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslərə baxmayaraq, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatının müsbət artım dinamikasına nail olmaqla və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki mövqe və nüfuzunu daha da möhkəmləndirib. Azərbaycan Respublikasının xarici siyasəti, ilk növbədə, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının diplomatik xidmət orqanları bundan sonra da beynəlxalq münasibətlər sistemində Azərbaycan dövlətinin maraqları və milli mənafeyinin layiqincə qorunması və təmin olunması istiqamətində müstəqil və çevik fəaliyyətini davam etdirəcək. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir.

Müraciətdə diplomatik xidmət orqanlarına göstərdiyi daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkür ifadə olunur: “Sizi əmin edirik ki, Azərbaycan diplomatiyasının 100 illik tarixi irsini və ənənələrini bundan sonra da layiqincə davam etdirəcək, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər