Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Zaqatala rayon polis şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.
Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.