17 İyul 2019 07:05
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən geniş axtarış motoru olan “Google” haqqında çıxan casusluq iddialarına cavab verib.

Teleqraf.com xəbər verir ki, şirkət bununla bağlı rəsmi bəyanat yayaraq bildirib ki, iddia edilənin əksinə olaraq Çin silahlı qüvvələri ilə əməkdaşlıq etmirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl “PayPal” ödəmə sisteminin yaradıcısı Piter Pil “Google”un casusluq etdiyi və məlumatları Çin silahlı qüvvələri ilə paylaşdığı haqqında iddia irəli sürmüşdü. Bu isə ABŞ qanunlarını pozmaq deməkdir.

Ölkə Prezidenti Donald Tramp da iddiaları şərh edərək bu informasiyanı dəqiqləşdirəcəyinə söz vermişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər