23 İyul 2019 13:42
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində 22 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinə gələn Roys Qreys mərkəzin rəisi polkovnik Füzuli Musayev və FHN Akademiyasının rəisi general-mayor Baba Salayevlə görüşüb. O, FHN-in Akademiyası və İdman-sağlamlıq mərkəzinin kompleksi ilə yaxından tanış olub, Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində İdman kompleksində keçirilən Rusiya və Belarus komandaları arasındakı voleybol yarışına tamaşa edib.

Sonda qonağa İdman sağlamlıq mərkəzinin hədiyyələri təqdim edilib.


Müəllif: Teleqraf.com