Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Avrora” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Teleqraf.com-un xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərib.
Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək, cərimələyib.
Xatırladaq ki, 1994-cü ildə yaradılan "Avrora" şirkəti yerli və xarici istehsalçıların istehlak mallarının distribyutoru kimi fəaliyyət göstərir.