Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında Müdafiə naziri ilə görüşüblər.
Teleqraf.com xəbər verir ki, görüş zamanı pilotun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.