Bu gün "Bakı Ekspo Mərkəzi"ndə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf direktorluğunun nümayəndəsi general-mayor Jan-Kristov Nuronu qəbul edib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye də iştirak edib.
BƏXTİYAR