Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Biləcəri bələdiyyəsini məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən icra hakimiyyəti müavinətin ödənilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin edib.
Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verib.
Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.